Belarus Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olub

Qazaxıstan prezidenti Tokayev Belarusun ŞƏT-ə üzv olduğunu elan edib...

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti Belarusun assosiasiyaya üzv qəbul olunması ilə başlayıb.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Belarusun təşkilata qəbulu ilə bağlı müvafiq sənədi Astanada keçirilən sammitdə ŞƏT dövlət başçıları imzalayıblar.

“Belarus qısa müddət ərzində Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük yolunda bütün lazımi prosedurları başa çatdırıb”, deyə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarusun təşkilata üzv olmasını elan edərkən vurğulayıb.

Qeyd edək ki, iyulun 3-dən 4-dək Qazaxıstanın paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir. Konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Azərbaycanın dövlət başçısı dünən sammit çərçivəsində bir sıra ikitərəfli və üçtərəfli görüşlər keçirib.

Poliqon.info