Türkmənistan və İran böyük qaz müqaviləsi imzalayıb

2024-cü il iyulun 1-3-də Aşqabadda Türkmənistan və İran tərəfləri arasında danışıqlar aparılıb...

Poliqon xəbər verir ki, bu barədə “Türkmənistan Biznesi” portalı məlumat yayıb.

Danışıqlar zamanı Türkmənistan və İran İslam Respublikası arasında qaz sənayesində əməkdaşlığın gələcək inkişafı ilə bağlı geniş spektrli məsələlər müzakirə edilib.

Görüşlər nəticəsində Türkmənistan və İran tərəfləri arasında Türkmənistandan İraq Respublikasına nəql olunacaq ildə 10 milyard kubmetrə qədər təbii qazın alqı-satqısına dair müqavilə imzalanıb.

Qaz İran İslam Respublikasının ərazisinə “SWAP” sxemi üzrə nəql ediləcək.

Poliqon.info