Tramp: Bayden fəlakətli debata görə prezident yarışını tərk edəcək

ABŞ-ın hazırkı prezidenti Co Bayden fəlakətli debatdan sonra seçki yarışını tərk edəcək...

Poliqon xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib və əlavə edib ki, Baydeni belə bir qərar verməyə məcbur edən məhz o olub.

“Bayden seçki yarışını tərk edir. Mən onu oradan qaldırdım. Bu da o deməkdir ki, bizə qarşı Kamala duracaq. Düşünürəm ki, o, Baydendən daha yaxşı olacaq. Bayden çox pisdir”, deyə Tramp özünə məxsus sosial şəbəkədə yazıb.

Qeyd edək ki, son sorğunun nəticələrinə görə, amerikalıların 80%-i ABŞ prezidenti Co Baydeni prezidentlik üçün yaşlı hesab edir. Həmçinin sorğuda iştirak edən amerikalıların 56%-i ABŞ-ın keçmiş prezidenti Donald Trampı növbəti müddətə prezident olmaq üçün çox yaşlı hesab edib.

Respondentlərin 47%-i hər iki namizədi əvəzlənəcəyini, 53%-i isə prezidentliyə namizədlərdən hər ikisindən narazı olduğunu bildirib.

Poliqon.info