Putinin Türkiyəyə səfərinin vaxtı hələ müəyyən edilməyib

Peskov: Putinin Türkiyəyə səfərinin vaxtı diplomatik kanallarla razılaşdırılmalıdır...

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı hələlik məlum deyil.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinə müsahibəsində Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Peskovun sözlərinə görə, Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərin tarixini hələ müəyyənləşdirməyiblər.

Qeyd edə ki, dünən Ərdoğan və Putin Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində görüşüblər. Bir neçə saat davam edən görüşdə Ərdoğan Putinə Türkiyənin Ukraynada sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini bildirib.

Poliqon.info