HƏMAS İsrailə girovlarla bağlı yeni təklif təqdim edib

İsrail Qəzzada girovlar və atəşkəslə bağlı HIMAS-ın yeni təklifini alıb...

MOSSAD-ın himayəsi altında olan İsrail danışıqlar qrupu Qəzza zolağında atəşkəs üçün HƏMAS-ın sonuncu təklifini alıb.

Poliqon “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, təklif Qətər, Misir və ABŞ-dan olan vasitəçilər vasitəsilə ötürülüb.

Qəzet İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidmətinin rəsmi şərhindən sitat gətirir: “İsrail təklifi öyrənir və onun cavabını vasitəçilərə təqdim edəcək”.

HƏMAS vasitəçilərlə Fələstin anklavında döyüşlərə son qoymaq üçün “bəzi fikirlər” mübadiləsi apardıqlarını bildirib. Bununla da qruplaşma İssrailə yenilənmiş təklifin ötürülməsi ilə bağlı bəyanatını təsdiqləyib.

Poliqon.info