Çin Yaponiya gəmilərini mübahisəli adalardan uzaqlaşdırıb

Çin dəniz polisi Yaponiya gəmilərini Diaoyudao adalarından uzaqlaşdırıb...

ÇXR Sahil Mühafizəsi iki ölkə arasında ərazi mübahisəsi olan Diaoyu (Senkaku) adalarının sularından Yaponiyaya məxsus balıqçı gəmiləri və patrul katerlərini sıxışdırıb çıxarıb.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Çin Sahil Mühafizəsinin sözçüsü Liu Dejun Çin gəmilərinin qanun çərçivəsində cavab verdiyini və lazımi tədbirləri gördüyünü vurğulayıb.

Sözçü qeyd edib ki, Diaoyu qonşu adalarla ilə birlikdə Çinin ayrılmaz ərazisidir.

Qeyd edək ki, bu adalar ətrafında uzun illərdir ki, Yaponiya ilə Çin arasında mübahisə aparılır. Hər iki tərəf adaların öz ərazilərinə aid olduğunu iddia edirlər.

Poliqon.info