“Milli Birlik” Makronun pensiya islahatını ləğv edəcəyinə söz verib

“Milli Birlik” partiyasının prezidenti Cordan Bardella, baş nazir olacağı təqdirdə gələcəkdə pensiya islahatını ləğv edəcəyini bəyan edib...

Polqion xəbər verir ki, bu barədə BFMTV telekenalı məlumat yayıb.

Bardella təqaüdə çıxmaq üçün 62 yaşa qədər olan yaş həddinə qayıtmağı vəd edir.

“Biz pensiya yaşını dəyişdikdə sosial xərcləri artırırıq, bu xərc Səhiyyə Nazirliyi tərəfindən 3,6 milyard avro olaraq qiymətləndirilir”, deyə ifrat sağçı partiyanın nümayəndəsi qeyd edib.

Xatırladaq ki, 2023-cü ildə prezident Emmanuel Makron Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını əhatə edən pensiya islahatlarını elan edib. Bundan sonra Konstitusiya Şurası islahatın qanuniliyini tanıyıb.

Poliqon.info