Amerikalıların 80%-i Baydenin prezident olmaq üçün çox qoca olduğunu düşünür

Amerikalıların 80%-i ABŞ prezidenti Co Baydeni prezident olmaq üçün çox yaşlı hesab edir...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.

Sorğuda iştirak edən amerikalıların 56%-nin rəyinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir müddət daha prezident olmaq üçün çox yaşlıdır.

Respondentlərin 47%-i hər iki namizədi əvəzlənməsini, 53%-i isə prezidentliyə namizədlərdən hər ikisindən narazı olduğunu bildirib.

Nəşr qeyd edir ki, sorğu Tramp və Bayden arasında CNN tərəfindən təşkil olunan teledebatdan sonra aparılıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden seçki yarışında qalacağına söz verib. Onun kampaniyası Ağ Evin keçmiş rəhbəri Donald Trampla debatda uğursuz çıxışın nəticələrini aradan qaldırmağa yönələcək.

Bir gün əvvəl məlum oldu ki, Amerika bukmeker kontorları ABŞ-ın hazırkı prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilmə ehtimalını yüksək qiymətləndirirlər.

Bu mərhələdə Amerika bukmeker kontorları Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Trampın qələbəsini 62% ehtimalla proqnozlaşdırır. Eyni zamanda Baydenin şansı xeyli aşağı qiymətləndirilir - cəmi 41%.

Poliqon.info