Taker Karlson Vladimir Zelenski ilə müsahibəni anons edib

Amerikalı jurnalist Taker Karlson Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə alacağını bildirib...

Poliqon xəbər verir ki, məşhur amerikalı jurnalist bu barədə Karlson X sosial şəbəkəsində yazıb. Jurnalist qeyd edib ki, o və komandası iki ildir, yəni Ukraynada hərbi əməliyyatlar başlayandan bu söhbətə nail olmağa çalışır. Karlson əlavə edib ki, müsahibə tezliklə yayımlana bilər.

“Biz iki il çalışdıq, xüsusən də fevral ayında Putinlə müsahibədən sonra intensiv şəkildə Zelenskidən müsahibə alaq. Məqsəd amerikalılara öz ölkələrinin dünyadakı mövqeyini tamamilə dəyişən münaqişə haqqında lazımi məlumatları çatdırmaqdır”, deyə cənab Karlson yazıb.

Qeyd edək ki, fevralın 9-da Taker Karlson Rusiya prezidenti Vladimir Putinlə 2 saat 7 dəqiqəlik müsahibəni dərc edib. Söhbət Rusiya ilə ABŞ arasında münasibətlərə, Ukrayna münaqişəsinə, eləcə də Rusiya tərəfi ilə NATO arasındakı əlaqələrə həsr olunub.

Poliqon.info