Türkiyə Ordusu İraqda əməliyyat keçirib, altı terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində yeni əməliyyat keçirib...

“Report” xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlanıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində altı terrorçu öldürülüb.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz dəmir yumruğu terrorçuların üzərinə endirməyə davam edir. Bölgədə bircə terrorçu da qalmayanadək əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - paylaşımda bildirilib.

Poliqon.info