Qiymət və keyfiyyət baxımından ən gəlirli Android smartfonlarının adı açıqlanıb

Ən məşhur mobil benchmark - "AnTuTu"nun tərtibatçıları yaxşı performansa malik, lakin eyni zamanda çox bahalı olmayan smartfonların yeni reytinqini dərc ediblər...

Poliqon xəbər verir ki, bütün smartfonlar 5 kateqoriyaya bölünüb: 1000 yuana qədər (137 dollara qədər), 2000 yuana qədər (275 dollar), 3000 yuana qədər (412 dollar), 4000 yuana qədər (549 dollar) və 4000 yuandan yuxarı. Anket üçün Çin bazarı götürülüb.

İlkin seqment. 137 dollara qədər olan seqmentdə "Unisoc T760" bazası əsasında az tanınan "Nubia Mavericks" smartfonu birinci yeri tutub. İkinci və üçüncü yerləri "Redmi Note 13 5G" və "Honor Play 7T" bölüşdürüb.

Büdcə seqmenti. 275 dollardan aşağı smartfonlar arasında "Redmi K70E" liderlik edir. Əsas səbəb "Snapdragon 8 Gen 2"nin gücünü təqdim edən "Dimensity 8300-Ultra" prosessorudur. Ondan sonra "Redmi Turbo 3" və "Realme GT Neo6" gəlir.

Orta büdcə seqmenti. İlk üçlük IQOO cihazlarından ibarətdir: "Neo 9 Pro", "Neo 8 Pro" və "Neo 9". Bunlar güclü aparatlı və sürətli enerji dolduran oyun smartfonlarıdır.

Alt flaqmanlar. "OnePlus Ace 3 Pro" daha bahalı cihazlar seqmentinə rəhbərlik edir. Əslində, bu, sub-flaqman qiymətinə flaqman smartfondur. İkinci və üçüncü yerlərdə "Meizu 21" və "Realme GT5 Pro" qərarlaşıb.

Flaqmanlar ən bahalı kateqoriyada birinci yeri təkmil çip, yeni kamera və çox parlaq displey almış "OnePlus 12" tutur. İkinci və üçüncü yerlərdə "Nubia Z60 Ultra" və "Red Magic 9 Pro" qərarlaşıb. Hər üç flaqman "Snapdragon 8 Gen 3"ə əsaslanır.

Əgər siz performansı 5 il üçün kifayət edən smartfon axtarırsınızsa, "AnTuTu" mütəxəssisləri ən məhsuldar "Android" cihazlarının reytinqini dərc ediblər. İlk üç yeri "Asus", "Oppo" və "iQOO" cihazları tutur.

Poliqon.info