Ermənistanda hərbçi naməlum şəraitdə ölüb, saxlanılanlar var - Yenilənib

Ermənistanda hərbçinin intihar etməsi faktı ilə bağlı saxlanılanlar var...

APA-nın yerli KİV-ə istinadən məlumatına görə, bunu ölkənin İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

O həmçinin, istintaq sirri olduğundan təfərrüatları açıqlaya bilməyəcəyini söyləyib.

***

Ermənistan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Sarkis Xaçatryan naməlum şəraitdə adlığı güllə yarasından ölüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə gecə saatlarında baş verib.

Nazirlik həmçinin faktla bağlı araşdırmaların aparıldığını da açıqlayıb.

Poliqon.info