Antalyada rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb, 20 nəfər yaralanıb - Yenilənib

Türkiyənin Antalya əyalətində rusiyalı və belaruslu turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində sürücü ölüb...

APA "Nehir Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 20 nəfər yaralanıb.

Onlardan 16-nın Rusiya, 4-nün isə Belarus vətəndaşı olduğu vurğulanıb.

***

Türkiyənin Antalya əyalətində rusiyalı və belaruslu turistləri daşıyan avtobus qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qəza nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilib.

Poliqon.info