Finlandiya prezidenti: Si Tsinpinin bir zəngi Ukrayna böhranını həll edə bilər...

Finlandiya prezidenti Alexander Stubb hesab edir ki, Çin Rusiyadan xahiş etsə, Moskva sülh danışıqlarına başlamağa razılıq verəcək...

Poliqon xəbər verir ki, Finlandiya prezidenti bu barədə Bloomberg Agentliyinə müsahibəsində danışıb. Müsahibə əvvəllər rus çarının iqamətgahı olan prezident sarayında baş tutub.

Stubbun fikrincə, sülh danışıqları atəşkəs şəraitində baş tutmamalıdır.

“Rusiya Çindən çox asılıdır. Prezident Si Tsinpinin bir telefon zəngi bu böhranı həll edə bilər”, deyə Stubb Bloomberg-ə bildirib.

Finlandiya prezidenti qeyd edib ki, Çin ərazi bütövlüyü və suverenliklə bağlı beynəlxalq qaydaları müdafiə etməlidir”.

“Belə bir qərar düzgün qərar olardı. Bu həm də Çinin liderliyini nümayiş etdirəcək”, deyə Stubb əlavə edib.

Eyni zamanda, Stubbın fikrincə, indi atəşkəs əldə etməkdən söhbət gedə bilməz.

“Bizə real sülh danışıqları lazımdır. Rusiyanın anladığı yeganə şey gücdür. Və biz indi Ukraynaya nə qədər çox kömək etsək, müharibə bir o qədər tez bitəcək”, deyə Finlandiya prezidenti əlavə edib.

Həmçinin müsahibəsində Alexander Stubb Finlandiyanı geosiyasi və geostrateji baxımdan Avropanın ən mühüm ölkələrindən biri adlandırıb, çünki məhz Finlandiya NATO-nun Rusiya ilə sərhədini ikiqat artırıb.

Poliqon.info