Dağıstanda niqab taxmaq qadağan edilib

Dağıstan Müftiliyi niqab taxmağa müvəqqəti qadağa elan edib və bu barədə fətva verib...

Dağıstan Müftiliyi fətva şöbəsinin rəyinə əsaslanaraq niqab (müsəlmanların üzünü tamamilə örtən baş örtüyü) taxmağa müvəqqəti qadağa qoyub.

Poliqon xəbər verir ki, bu barədə Dağıstan respublikasını müftisinin müavini Abdulla Səlimov Telegram kanalında məlumat verib.

“Müfti Milli Siyasət və Dini İşlər Nazirliyinin müraciətinə istinad edərək, fətva şöbəsinin dünən verdiyi səlahiyyətli rəyə əsaslanaraq, müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə qədər niqab taxmağa müvəqqəti qadağa elan edir”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski Rusiyada niqab geyinməyi qadağan edən qanunun bütün regionlarda dəstəklənərək qəbul edilməsini bildirmişdi. Depuatat qeyd edib ki, Rusiya çoxmillətli ölkədir, ona görə də belə bir qanunun qəbul ediləcəyi şəxslərin fikirləri nəzərə alınmaqla qərar verilməlidir.

Qeyd edək ki, bu qərar Dağıstanda baş verən son terror hadisəsindən sonra verilib.

Poliqon.info