BMT: Qəzzada qadınlar aclıq çəkir...

Qəzza zolağında yarım milyondan çox qadın ciddi ərzaq çatışmazlığı ilə üzləşib...

Qəzza zolağında ən azı 557 000 qadın ciddi qida çatışmazlığı ilə üzləşib.

Poliqon xəbər verir ki, bu barədə BMT-nin məlumat yayıb. Hesabatda qeyd olunur ki, münaqişə davam etdiyi və humanitar yardıma çıxış məhdud olduğu müddətdə Qəzza zolağında aclıq riski yüksək olaraq qalır.

Bundan əlavə, WAFA Agentliyinin Fələstin Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada 8,5 mindən çox tələbə İsrailin hücumlarının qurbanı olub. İordan çayının qərb sahilində daha 100 fələstinli tələbə həyatını itirib.

Poliqon.info