Tramp: Ali Məhkəmə qərarı siyasi “cadugər ovu”na son qoyacaq...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, ölkənin Ali Məhkəməsinin onun mühakimə olunmaqdan qismən toxunulmazlığı ilə bağlı qərarı ona qarşı təşkil edilən siyasi “cadugər ovu”na son qoyacaq...

Poliqon xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti bu barədə özünün “Truth Social” sosial şəbəkə səhifəsində yazıb.

“Ali Məhkəmənin qərarı ilə dələduz ABŞ prezidenti Co Bayden tərəfindən mənə qarşı təşkil edilən bütün “cadugər ovu”na son qoyacağı aydındır”, deyə Tramp əminliyini ifadə edib.

Siyasətçi həmçinin qeyd edib ki, ona qarşı bütün “haqsız ittihamlar” prezident seçkilərinə müdaxilə cəhdi olub.

Xatırladaq ki, Bayden ABŞ Ali Məhkəməsinin Trampın işi ilə bağlı qərarını təhlükəli presedent yaratdığını bildirib və qeyd edib ki, bu qərar ölkədə qanunlarının aliliyinə xələl gətirir.

Poliqon.info