Amerikalılar Mişel Obamanın prezident olmasının tərəfdarıdır

Sorğu Mişel Obamaya Tramp və ya Baydendən daha çox dəstək olduğunu göstərir...

Amerikalı seçicilərin 50%-i keçmiş birinci xanım Mişel Obama 2024-cü il prezident seçkilərində Demokratların namizədi olsaydı, ona səs verəcəkdi.

Poliqon xəbər verir ki, bunu “Ipsos” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, əgər Mişel Obama və eks-prezident Donald Tramp prezidentlik uğrunda mübarizə aparsaydı, respondentlərin 50%-i keçmiş birinci xanımı dəstəkləməyə hazır olardı, amerikalıların isə yalnız 39%-i keçmiş Amerika prezidenti Trampa səs verərdi.

Əgər Tramp və hazırkı lider Co Bayden arasında seçim olunsa, amerikalılar səslərini bərabər paylayacaqlar: Tramp üçün 40%, Bayden üçün 40%.

Sorğu iyulun 1-2-də 1070 amerikalı arasında keçirilib.

Xatırladaq ki, martın əvvəlində NBC telekanalı Mişel Obamanın ofisinə istinadən bildirmişdi ki, ABŞ-ın keçmiş birinci xanımı 2024-cü ildə prezidentliyə namizəd olmayacaq.

Poliqon.info