25 konqresmen Baydendən prezidentlik yarışından geri çəkilməsini istəyir

Demokrat konqresmenlər Baydendən prezidentlik yarışından geri çəkilməsini xahiş edəcəklər...

Demokratlar Partiyasının nümayəndələri olan konqresmenlər prezidentlik yarışından çıxmaq xahişi ilə ABŞ prezidenti Co Baydenə müraciət etmək niyyətindədirlər.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Demokratlar Partiyasından olan Nümayəndələr Palatasının 25 üzvü Baydenin debatda uğursuz çıxışından sonra onu prezidentliyə namizəd olmamağa çağırmağa hazırlaşır. Başqa bir mənbə bildirib ki, bir neçə demokrat qanunverici də siyasətçiyə məktub göndərməyi düşünür.

Reuters “Ipsos” sosioloji xidmətinin sorğusunun nəticələrinə istinad edərək yazır ki, hər üç demokratdan biri Baydenin ikinci müddətə yenidən seçilməsini istəmir.

Xatırladaq ki, ABŞ-da 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

Poliqon.info