Demokrat konqresmen açıq şəkildə Baydeni seçkidən imtina etməyə çağırıb

Demokrat konqresmenlər arasında ilk dəəfə Doqqett açıq şəkildə Baydeni istefaya səsləyib...

Texasdan olan konqresmen Lloyd Doqqett rəqibi Donald Trampla debatda uğursuzluqdan sonra prezident Co Baydeni 2024-cü il seçkilərində namizədliyini geri götürməyə açıq şəkildə çağıran ilk Demokrat Konqresin üzvü olub.

Poliqon xəbər verir ki, Doqqett Baydenə istefa çağırışını The Hill qəzeti ilə söhbətində səsləndirib.

“Ümid edirəm ki, o, ayrılmaq üçün çətin qərarını verəcək”, deyə Doqqett vurğulayıb.

Konqresmenin sözlərinə görə, debatda Bayden seçiciləri sakitləşdirə, bir çox nailiyyətlərini effektiv şəkildə müdafiə edə və Trampın yalanlarını ifşa edə bilməyib.

Poliqon.info