Ağ Evdən bildirilib ki, Bayden demensiyadan əziyyət çəkmir

ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib ki, prezidentin qocalığa görə xəstəlikləri yoxdur...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer brifinqdə danışıb. Ağ Evin sözçüsü deyib ki, ABŞ prezidenti Co Baydenin degenerativ xəstəlikləri, demensiyası, Alzheimer xəstəliyi və ya buna bənzər bir xəstəlikləri yoxdur.

Brifinqdə ona ölkə başçısında qocalıq və əqli fəaliyyətə təsir edən xəstəliklərin olması ehtimalı ilə bağlı sual verilib.

“Mənim sizə bir cavabım var, buna hazırsınızmı? Baydenin qocalıqla bağlı heş bir xəstəliyi yoxdur”, deyə Karine Jan-Pyer suala sərt şəkildə reaksiya verib.

Poliqon.info