Obama Baydenin prezident seçkilərində qələbəsinə şübhə edir

ABŞ-ın sabiq prezidenti, demokrat Barak Obama Baydenin seçkilərdə qələbəsinə şübhələrini ifadə edib...

ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı dövlət başçısı Co Baydenin seçkilərdə qələbə çalacağına şübhə ilə yanaşdığını bildirib.

Poliqon xəbər verir ki, bu barədə The Washington Post (WP) qəzeti məlumat yayıb.

Obama vurğulayıb ki, Baydenin yenidən seçilmək üçün yolu çətin görünürdü və keçmiş prezident Donald Trampla debatdan sonra onun yolu daha da çətinləşib. WP qeyd edir ki, Obamanın bu qiymətləndirməsi onun ictimai bəyanatlarından daha sərt olub.

Qəzetin mənbələri qeyd edib ki, Obama debatdan sonra Baydenə zəng edərək şəxsi məsləhətçi və ekspert kimi kömək təklif edib, lakin indiki prezidenti seçki kampaniyasından əl çəkməyə çağırmayıb.

Poliqon.info