Tayvan 22 Çin uçan aparatının adaya yaxınlaşdığını bildirib

Tayvan hərbçiləri radio xəbərdarlığı edib və zenit-raket komplekslərini hazır vəiyətə gətiriblər...

Poliqon xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi X sosial şəbəkəsində Çin Xalq Azadlıq Ordusunun (PLA) 22 təyyarəsi və altı gəmisinin adanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olduğunu bildirib. Məlumata görə, onlar Tayvan boğazının orta xəttini keçiblər. Bununla əlaqədar adada hava patruluna başlanılıb.

Qeyd olunur ki, Tayvan hərbçiləri də radio xəbərdarlığı edib və zenit-raket komplekslərini hazır vəiyətə gətiriblər.

Xatırladaq ki, Tayvan boğazının orta xətti Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasıdır. Xətt materik və ada arasındakı Tayvan boğazında Çin və Tayvan arasında qeyri-rəsmi su və hava sərhədidir. Xətt rəsmi olaraq müəyyən edilməyib. 1990-cı illərin sonuna qədər tərəflər bu şərti sərhədi keçməyib, sonra Çin son zamanlar bunu etməyə başlayıb.

Hava hücumundan müdafiə identifikasiya zonası adanın ətrafındakı suları, Tayvan boğazını, eləcə də materik Çinin üç əyalətinin - Fujian, Jiangxi və Zhejiang üzərindəki hava məkanının bir hissəsini əhatə edir.

Poliqon.info