Suriya prezidentinin müşaviri yol qəzası nəticəsində ağır yaralanıb

Suriya prezidentinin müşaviri Luna Əl-Şible Dəməşqə gedən yollardan birində qəza törədib...

Poliqon xəbər verir ki, bu barədə SANA dövlət agentliyi Suriya prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Agemtlik xəbər verir ki, Luna Əl-Şible ağır yaralanıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Prezidentinin mətbuat xidməti açıqlamasında bildirib ki, xanım Əl-Şiblinin getdiyi avtomobil yoldan çıxaraq digər avtomobillərlə toqquşub. Müşavir Dəməşqdəki xəstəxanalardan birinə yerləşdirilib.

“Aavsat” qəzeti qeyd edir ki, xanım Əl-Şiblə kəllə-beyin travması alıb. O, əvvəlcə Yafurdakı (Dəməşq yaxınlığında yerləşən) klinikaya yerləşdirilib, lakin sonra paytaxtdakı Əl-Şami xəstəxanasına köçürülüb.

Suriya mətbuatı yazır ki, həkimlər müşavirin sağ qala biləcəyinə şübhə edirlər.

Poliqon.info