Stubb: Avropa müharibə iqtisadiyyatına keçməlidir

Finlandiya prezidenti Avropanı fəal şəkildə silahlanmağa çağırıb...

Finlandiya prezidenti Alexander Stubb Avropanı aktiv şəkildə silahlanmağa çağırıb. Siyasətçinin fikrincə, Avropa müharibə iqtisadiyyatına keçməli, silah istehsalı üçün sifarişləri birləşdirməli və uzunmüddətli perspektivdə hərbi sənayeni inkişaf etdirməlidir.

Poliqon xəbər verir ki, Finlandiya lideri bu fikirləri Bloomberg Agentliyinə müsahibəsində bildirib.

Stubb vurğulayıb ki, Avropa İnvestisiya Bankı “qırmızı xətlərini aşmalı” və Avropanın müdafiə sənayesinin maliyyələşdirilməsində daha aktiv olmalıdır.

Poliqon.info