Orban Ukraynadakı “sülh missiyasından” bəhs edib

Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı “sülh missiyasına” Almaniya, Fransa və İtaliya səfərləri ilə başladığını bildirib...

Poliqon xəbər verir ki, Viktor Orban bu barədə İsveçrənin “Die Weltwoche” nəşri ilə söhbət zamanı danışıb və qeyd edib ki, hər şey Avropa Birliyinin böyük liderlərindən asılıdır.

“Beləliklə, mən Berlin, Paris və Romaya səfər etdim - bu sülh missiyasına belə başladım”, deyə Macarıstan lideri qeyd edib.

Orbanın mətbuat katibi bildirib ki, Macarıstanın baş naziri Kiyevdə görüşlər zamanı Ukrayna lideri Vladimir Zelenski ilə ikitərəfli münasibətlərdə bir sıra aktual məsələləri, eləcə də münaqişənin həlli imkanlarını müzakirə edib.

Orban özü bildirib ki, o, Ukrayna liderini vəziyyəti həll etmək üçün danışıqlardan əvvəl atəşkəs imkanlarını nəzərdən keçirməyə çağırıb.

Poliqon.info