AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb...

Report" xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" qələbə qazanıb - 2:1.

Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç fərqlənib.

Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da Avstriya millisi buraxılan qollardan birinin əvəzini çıxıb - 2:1.

66-cı dəqiqədə Mixael Qreqoriç adını tabloya yazdırıb.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.

"Report" xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.

Merih Demiral 59-cu dəqiqədə dubl edib.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" hesabda önə çxııb.

1-ci dəqiqədə Merih Demiral fərqlənib.

Poliqon.info