Mingəçevirdə batdığı ehtimal olunan şəxsin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub - Video

Xəbər verildiyi kimi, 21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batdığı ehtimal olunan Zaqatala rayon sakini 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

Bu barədə Poliqon-a FHN-dən bildirilib.

Qeyd edilib ki, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub.

Poliqon.info