ABŞ Venesuaela ilə münasibətləri bərpa edir...

Maduro Venesuela ilə ABŞ arasında münasibətlərin bərpasına dair danışıqlar apardığını açıqlayıb...

Karakas ikitərəfli münasibətlərin bərpasına dair Vaşinqtonla danışıqları bərpa etməyə razılaşıb.

Poliqon xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Television” kanalında deyib.

“Mən ABŞ hökumətinin birbaşa dialoqu bərpa etmək təklifini qəbul etdim. Biz yeni sazişlər bağlamaq və əvvəllər bağlanmış razılaşmaların həyata keçirilməsinə nail olmaq üçün danışıqlar aparacağıq. Bir şərtlə ki, Vaşinqton Venesuelanın suverenliyinə qeyd-şərtsiz hörmət etsin”, deyə Venesuela lideri amerikalılarla dialoqu dəstəkləyəcəyini bildirib.

Maduro bildirib ki, Venesuelanı qarşıdakı danışıqlarda parlamentin rəhbəri Xorxe Rodriges Qomes və Miranda ştatının qubernatoru Hektor Rodriges Kastro təmsil edəcək. Danışıqlar gələn çərşənbə günü başlayacaq.

Xatırladaq ki, 2019-cu ildə Venesuela amerikalıların müxalifətçi Xuan Quaydonu Venesuelanın müvəqqəti rəhbəri kimi tanıdığını elan etdiyinə görə ABŞ-la diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Poliqon.info