Pekin NATO-nun Çinin daxili işlərinə qarışdığını elan edib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Alyans davamlı olaraq Pekinə meydan oxuyur...

NATO Çinin daxili işlərinə qarışır, onun daxili və xarici siyasətini təhrif edir və ÇXR-in təhlükəsizliyinə meydan oxuyur.

Poliqon xəbər verir ki, bunu çərşənbə axşamı brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.

Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində bildirib ki, alyans Çini rəqib hesab etmir, lakin Pekin NATO-nun dəyərlərinə, maraqlarına və təhlükəsizliyinə meydan oxuyur.

“Mən NATO-nun dəyərlərinin nə olduğunu bilmirəm. Əgər onlar ziddiyyətlər yaratmaq, qarşıdurma yaratmaq və gərginliyi artırmaq üçün ideoloji xətlərdən istifadə etmək niyyətindədirlərsə, Çin bununla həqiqətən razılaşa bilməz”, deyə çinli diplomat bildirib.

“Əslində davamlı olaraq Çinə meydan oxuyan, Çinin daxili işlərinə qarışan, Çinin daxili və xarici siyasətini təhrif edən və ləkələyən, Pekinin maraqlarına və təhlükəsizliyinə ciddi şəkildə meydan oxuyan NATO-dur”, deyə Mao Nin əlavə edib.

Poliqon.info