Aİ Ukrayna şəkəri və toyuq yumurtasına rüsum tətbiq edib

Avropa İttifaqı Ukrayna ixracatçılarına qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq edib, xüsusən də idxal limitini aşdığına görə Ukrayna şəkəri və toyuq yumurtasına idxal rüsumlarını bərpa edib...

Poliqon xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi saytında məlumat verilib. Tədbir dərhal qüvvəyə minir və bu il dekabrın 31-dək davam edəcək.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Ukrayna və Moldovadan malların sərbəst idxalından icma ölkələrini qorumaq üçün bir sıra tədbirlər paketini 2025-ci ilin iyun ayına qədər uzadıb. Həçşinin, bəzi məhsullar üzrə 2022-2023-cü illərin orta göstəricilərini keçərsə, ən həssas malların, o cümlədən yumurta, quş əti və şəkərin idxalının təcili dayandırılması mexanizmi tətbiq edilib.

Poliqon.info