Meksikanın cənubunda narko-kartellərin toqquşması nəticəsində azı 20 nəfər ölüb

Meksikanın cənubundakı Çiapas ştatında narko-kartelləri arasında baş verən qarşıdurmada azı 20 nəfər ölüb...

Poliqon xəbər verir ki, bu barədə yerli “Excelsior” qəzeti Meksika ştatının İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Sinaloa kartelinin nümayəndələri ilə bu kartelin nüfuzuna meydan oxuyan yerli cinayətkar qrup arasında silahlı münaqişə iyunun 29-da Çiapas ştatının La Konkordiya bələdiyyəsində baş verib.

Nəşrin məlumatına görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları arxada 15 cəsəd olan pikap tapıblar. Daha ikisi kabinədə, üç nəfər isə avtomobilin yanında ölü tapılıb. Qurbanların hamısı güllə yarası alıb. Ölənlərdən dördünün Chiapas əyaləti ilə həmsərhəd olan Qvatemaladan sənədləri olub.

İlkin istintaq məlumatlarına görə, silahlı toqquşma Sinaloa karteli ilə Çiapas və Qvatemala kartelləri arasında sərhəd ərazisinə nəzarət üçün qarşıdurmanın nəticəsində baş verib.

Poliqon.info