Avstraliyanın baş naziri NATO sammitində iştirak təklifini rədd edib

Avstraliyanın baş naziri Entoni Albanese 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak etməkdən imtima edib...

Poliqon xəbər bu barədə Avstraliyanın “Sky News” telekanalı məlumat yayıb. Qeyd olunur ki, Avstraliyanı qarşıdakı görüşdə baş nazirin müavini və Avstraliyanın müdafiə naziri Riçard Marles təmsil edəcək.

Telekanalın məlumatına görə, albanlılar daxili işlərə diqqət yetirmək niyyətindədirlər. Bəzi avstraliyalı müşahidəçilər isə baş nazirin Vaşinqtona getməmək qərarını pisləyərək, ölkə rəhbərinin NATO sammitində iştirakının dünyada və regionda təhlükəsizlik problemlərini nəzərə alaraq vacib olduğunu qeyd ediblər.

Şimali Atlantika Alyansının səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq bəyan edib ki, NATO Asiya-Sakit Okean regionu ölkələri, o cümlədən Avstraliya, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Stoltenberqin sözlərinə görə, söhbət silahlara nəzarət, texnologiyanın inkişafı, kiberhücumlara qarşı mübarizə kimi sahələrdə əməkdaşlığın gücləndirilməsindən gedir.

Poliqon.info