“Milli Birlik” partiyasına qalib gəlmək üşün Fransada 185 namizəd seçkidən imtina edəcək

Fransada sağ və solçulardan ibarət 185 namizəd ifrat sağın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün seçkilərdən imtina edəcək...

Solçu Yeni Xalq Cəbhəsi və “Respublika Naminə Birgə” prezident koalisiyasının namizədləri sağçı “Milli Birlik” partiyanın qarşısını almaq üçün Milli Assambleyaya növbədənkənar seçkilərin ikinci turunda iştirakdan imtina edəcəklər.

Poliqon xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, 122 solçu, prezident koalisiyasının 55 namizədi və liberal Respublikaçılar partiyasından 1 siyasətçi seçki yarışında namizədliyini geri götürməyə razılaşıb.

Qeyd edilir ki, birmandatlı dairələrin əksəriyyətində üç əsas blokun namizədləri ikinci tura keçiblər. Fransa prezidenti Emmanuel Makronun planına uyğun olaraq, iyulun 7-də “Milli Birlik” partiyasının namizədini məğlub etmək şansı ən az olan siyasətçilər mübarizəni tərk etməlidirlər.

Poliqon.info