Şimali Koreya Donbasa mühəndis qoşunları göndəribmi? - Pentaqondan cavab

ABŞ hələlik Şimali Koreyadan Rusiyaya və ya Ukraynanın işğal olunmuş ərazilərinə mühəndis qoşunlarının göndərilməsinə dair heç bir əlamət görmür...

Poliqon xəbər verir ki, bunu brifinq zamanı ABŞ Müdafiə Nazirliyinin rəsmisi Sabrina Sinq deyib.

Bununla belə, ABŞ vəziyyəti diqqətlə izləyir.

"Bu məsələdə sizə verə biləcək heç bir məlumatım yoxdur. Biz, şübhəsiz ki, Şimali Koreyanın Rusiyanın Ukraynadakı səylərini dəstəklədiyini, ona müxtəlif hərbi dəstək verdiyini bilirik, lakin indi Rusiyaya göndərilən konkret qoşunlar barədə heç bir məlumatım yoxdur", deyə Sarina Sinq bildirib.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreyanın Donetsk vilayətinin işğal olunmuş ərazilərinə tikinti və mühəndis qoşunları göndərəcəyi deyilirdi. Koreyalılar burda "yenidənqurma işləri" aparacaqlar.

Cənubi Koreyanın TV Chosun telekanalı bildirib ki, Şimali Koreya iyulda Donbasa irimiqyaslı mühəndis qüvvələri göndərməyə hazırlaşır. Jurnalistlər Cənubi Koreya rəsmisinə istinad edir. İddialara görə, Şimali Koreya ordusunun qüvvələri ruslara Donetskdə infrastrukturun bərpasına kömək edəcək.

Poliqon.info