Ronaldonun 21-ci əsr futbolunda antirekordu...

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 21-ci əsrin antirekorduna imza atıb...

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 21-ci əsrdə milli komandaların tərkibində böyük turnirlərdə üç penaltini qaçıran ilk avropalı olub.

Poliqon xəbər verir ki, bu barədə “Sofascore” nəşri məlumat yayıb. Nəşr yazır ki, ilk dəfə bu, 2016-cı ildə Avstriya ilə Avropa çempionatında (0:0), ikinci dəfə isə 2018-ci ildə İranla keçirilən dünya çempionatında (1:1) baş verib.

İyulun 1-də Portuqaliya yığması Avropa çempionatının 1/8 finalında Sloveniya yığmasını məğlub edib. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb, Ronaldo penaltini qola çevirə bilməyib. Lakin penaltilər seriyası 3:0 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb,

1/4 final matçında Portuqaliya Belçikanı məğlub edən Fransa ilə qarşılaşacaq.

Poliqon.info