Ronaldo Avro 2024-ün karyerasının sonuncusu olacağını açıqlayıb

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatının karyerasında sonuncu belə turnir olacağını açıqlayıb...

Poliqon xəbər verir ki, futbolçunun sözlərini X sosial şəbəkəsində jurnalist Fabritsio Romanov sitat gətirib.

“Bu, əlbəttə ki, mənim son avrom olacaq. Amma bu məni narahat etmir, məni hərəkətə gətirən həvəsdir. Azarkeşlərə heyfim gəldi. Darıxsam da, olmasam da, bu köynək üçün hər zaman hər şeyimi verəcəm. Və bütün həyatım boyu bunu edəcəm. Biz məsuliyyəti öz üzərimizə götürməliyik”, deyə Ronaldo bildirib.

Xatırladaq ki, Portuqaliyalı hücumçu karyerası ərzində altı Avropa çempionatında çıxış edən ilk futbolçu olub.

İyulun 1-də Portuqaliya yığması Sloveniya yığmasını məğlub edib. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb, Ronaldo penaltini qola çevirə bilməsə də, penaltilər seriyası 3:0 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb.1/4 finalda Portuqaliya Fransa ilə qarşılaşacaq. Qarşılaşma iyulun 5-də baş tutacaq.

Poliqon.info