Viktor Orban bu gün Kiyevə səfər edəcək

Macarıstanın baş naziri Viktor Orban iyulun 2-də Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, bu, Macarıstanın baş nazirinin 2022-ci ilin fevralında hərbi əməliyyatlar başlayandan sonra Ukraynaya ilk səfəridir. Məlumatı The Guardian nəşrinə başqa mənbə də təsdiqləyib.

FT mənbəyi iddia edir ki, Viktor Orban Kiyevdə digər yüksək vəzifəli rəsmilərlə də görüşəcək. Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak “The Guardian”a müsahibəsində baş nazirin səfəri ilə bağlı məlumatı şərh etməkdən imtina edib. Eyni zamanda nəşrin digər mənbəsi də bunu təsdiqləyib.

FT qeyd edir ki, Viktor Orbanın gəlişi Macarıstan Avropa İttifaqı Şurasına sədrlik edəndən bir gün sonra baş tutacaq. 2022-ci ildən bəri bütün Aİ liderləri Ukraynaya səfər edib. Nəşrin mənbələrinin məlumatına görə, səfər Brüsseldə keçirilən sammitdə Ukraynanın qərbində Zakarpat bölgəsində yaşayan macarların problemi ilə bağlı danışıqlardan sonra razılaşdırılıb. Macarıstan hakimiyyəti Ukraynada 150 min macarın yaşadığını iddia edir.

Viktor Orban və digər yüksək rütbəli Macarıstan rəsmiləri Ukraynadakı Transkarpat macarlarının hüquqları ilə bağlı dəfələrlə iddialar səsləndiriblər. The Guardian qeyd edir ki, Viktor Orban bu məsələdən Rusiyanın Ukrayna münaqişəsinə baxışını təşviq etmək üçün istifadə edə bilər.

Poliqon.info