Şimali Koreya yeni tipli raket buraxıb

İyulun 1-də KXDR-də yeni “Hwasongpo-11da-4.5” taktiki ballistik raketinin sınaq buraxılışı keçirilib...

Poliqon xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Agentlik qeyd edir ki, bu tip raket 4,5 ton ağırlığında ultra iri döyüş başlığı üçün nəzərdə tutulub.

Uçuş sabitliyini və vurulma dəqiqliyini yoxlamaq üçün raket minimum (90 km) və maksimum (500 km) məsafədə buraxılıb.

İyulun 1-nə keçən gecə Cənubi Koreya hərbi komandanlığı Şimali Koreyadan şərq istiqamətində naməlum ballistik raketin buraxılışını qeydə aldığını bildirib. Daha sonra komandanlıq daha bir raketin buraxılışını qeydə alıb.

Poliqon.info