"Küləkli havada göydə uçuşan polietilen paketlərlərin, kağız və karton qutuların əlindən hərəkət etmək olmur"

Məişət tullantılarının daşınması tariflərini birdən-birə 2,3 dəfə artırıblar. İndiyədək Abşeron ərazisində əhali kateqoriyası üçün tariflər aylıq adambaşına 0,3 manat idi, indən sonra 0,7 manat ödəməli olacağıq. Başqa əraziləri bilmirəm, Xırdalanda bu xidmət 10 qəpik olsa belə bahadır.

Bunu ekspert Rövşən Ağayev bildirib.

"Vaxtlı-vaxtında daşınmadığı üçün küçə və məhəllələrdə antisanitariya baş alıb gedir. Xüsusilə küləkli havada küçələrdə göydə uçuşan polietilen paketlərlərin, kağız və karton qutuların əlində hərəkət etmək olmur. İstilərdəki üfunəti də demirəm. Bu ödənişləri həm də nağd alırlar. Niyə? Bu suala cavab verən yoxdur. Reytinq tərtib edilsə, ən qeyri-şəffaf ödəniş növüdür. Üstəlik bu ödənişi ən qeyri-şəffaf strukturlar toplayanda vəziyyət daha da tündləşir", - o qeyd edib.(pravda.az)

Poliqon.info