Belarus nüvə silahından istifadə üçün şərtləri açıqlayıb

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko ölkənin suverenliyi və müstəqilliyinə təhlükə yaranarsa, taktiki nüvə silahından istifadə edə biləcəklərini bildirib...

Poliqon xəbər verir ki, bu barədə BELTA dövlət agentliyi məlumat yayıb.

"Qaydalayıcı vasitə kimi çıxış edən ən son arqumentlərdən biri də qeyri-strateji nüvə silahlarının ölkəmizə qaytarılmasıdır. Siz əmin ola bilərsiniz ki, əgər ölkəmizin suverenliyinə və müstəqilliyinə təhlükə yaranarsa, biz bunu edəcəyik", deyə general-mayor bildirib.

O, Belarusun tezliklə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacağını deyən Baş Qərargah rəisi Polşanın bunun qarşısını almağa çalışdığını bildirib.

Xatırladaq ki, Muraveyko bir müddət əvvəl Ukrayna ilə sərhəddə xüsusi təyinatlı birləşmələri gördüklərini, təxribat və kəşfiyyat qruplarının ölkəyə sızmasından və təxribatlar tərətməsindən qorxduqlarını bildirmişdi. Və xüsusi əməliyyat qüvvələri komandirinin müavini deyib ki, guya Ukrayna öz qoşunlarını Belarusla sərhədə çəkir, Qərb isə ölkəni müharibəyə sürükləmək istəyir.

Onu da qeyd edək ki, bir müddət əvvəl Rusiya Belarusa taktiki nüvə silahları yerləşidir. Həm Moskva, həm də Minsk bu faktı təsdiqləyib.

Poliqon.info