Pravoslav xristianlar Qüdsdə hərbi xidmətə görə etiraz aksiyası keçiriblər

İyunun 30-da axşam saatlarında bir qrup ultra-pravoslav yəhudi yeşiva tələbələrinin, yəhudi dini məktəblərinin İsrail ordusuna mümkün hərbi xidmətə cəlb edilməsinə qarşı çıxaraq, Qüdsdə küçə etirazları keçirib...

Poliqon xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. İsrail polisinin mətbuat xidmətinin məlumatına görə, nümayiş nəticəsində ikisi polis əməkdaşlarına hücum etdiyinə, daha üç nəfər daş və müxtəlif ağır əşyalar atdığına görə, beş nəfər saxlanılıb. İğtişaşlar zamanı bir neçə asayiş keşikçisi, o cümlədən bir polis əməkdaşı yüngül kəllə-beyin travması ilə, digər polis əməkdaşı isə ayağından xəsarət alıb.

“The Times of Israel”in yazdığına görə, Qüdsdəki ultra-pravoslav etiraz aksiyası “Mea Şearim” dini məhəlləsində keçirilib və on minlərlə iştirakçı toplayıb. Hava qaraldıqdan sonra kütlənin bir hissəsi ictimai asayişin pozulması ilə müşayiət olunan şəhər mərkəzinə doğru yürüşə başlayıb. Etirazçılar od yandırıb və polisə daş atıblar.

Etirazın səbəbi İsrail Ali Məhkəməsinin iyunun 25-də yeşiva tələbələrinin ölkənin bütün vətəndaşları ilə bərabər əsasda hərbi xidmətə çağırılması ilə bağlı qərarı olub. Bundan başqa, məhkəmə tələbələri hərbi xidmətə göndərilməyən dini təhsil müəssisələrinin maliyyələşdirilməsini qadağan edib.

Poliqon.info