Demokratlar debat uğursuzluğuna görə Baydendən uzaqlaşmağa başlayıblar

Noyabrda Konqresə namizədliyini irəli sürməyi planlaşdıran Demokratlar Partiyasının üzvləri ABŞ prezidenti Co Baydendən uzaqlaşmağa başlayıblar...

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı yazıb.

Portal qeyd edir ki, dövlət başçısının debatda uğursuzluğa düçar olması səbəbindən amerikalı demokratlar bu çıxılmaz addımı atırlar

Xəbərdə qeyd olunur ki, əminlim olmayan ştatlardakı bəzi qanunvericilər və seçki namizədləri öz seçki kampaniyalarını Baydenin fiqurundan ayırmaq istəyirdilər.

“Mən Baydeni daha burada görmək istəmirəm”, deyə əminlik olmayan ştatlardan birindən Demokratik konqresmenlərdən biri deyib. Konqresmen həmçinin prezident və həyat yoldaşı Cillə görüşməkdən yayınmaq üçün "ümidsiz cəhdlər" etdiyini qeyd edib.

Portalın həmsöhbəti əlavə edib ki, partiyanın əsas donorları qəzəblənib və prezidentin yarışdan çəkilməsini tələb edirlər.

Poliqon.info