Macarıstan Aİ Şurasında sədrliyə başlayır

İyulun 1-dən Macarıstan altı ay müddətinə Avropa İttifaqı Şurasına sədrlik etməyə başlayır...

Poliqon “İnterfaks” Agentliyinə istinadən xəbər verir ki, iyun ayında Macarıstan Aİ Şurasına altı aylıq sədrliyi üçün devizini açıqlaybı və bu, ABŞ-ın keçmiş prezidenti Donald Trampın kampaniya şüarına bənzəyir. Agentılik qeyd edir ki, Macarıstanın şüarı “Avropanı yenidən möhtəşəm et”, olub.

Macarıstan Aİ Şurasına sədrliyi növbəti altı ay üçün prioritetlərini təqdim edərkən qeyd edib ki, Budapeşt “həqiqətən güclü Avropanın sülhü, təhlükəsizliyi və rifahı naminə üzv dövlətlər və Avropa institutları arasında həqiqi əməkdaşlıq ruhunda dürüst bir broker kimi çalışacaq”.

Prioritetlərdən bəziləri Avropanın rəqabət qabiliyyətinin artırılması və müdafiə siyasətinin gücləndirilməsidir. Onlar həmçinin Aİ üçün “ardıcıl və nailiyyətlərə əsaslanan genişlənmə siyasətini” əhatə edir. Qeyri-qanuni miqrasiyanın qarşısının alınması, regional fərqlərin azaldılması, iqtisadi, sosial və ərazi birliyinin gücləndirilməsi yolu ilə birləşmə siyasətinin gələcəyinin formalaşdırılması;,fermer yönümlü kooperativ kənd təsərrüfatı siyasəti, demoqrafik problemlərin həlli proritetlər arasındadır.

Poliqon.info