İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirib

Bazar günündən bazar ertəsinə keçən gecə İsrail ordusu İordan çayının qərb sahilində yerləşən yaşayış məntəqələrində reydlər həyata keçirib...

Poliqon xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb.

İsrailin Nablusun cənubundakı Tal şəhərinə basqını zamanı əsgərlərlə fələstinlilər arasında toqquşmaların baş verdiyi bildirilir. İsraillilər Qüds əyalətinin Anata və Nablusun şərqindəki Avarta qəsəbələrinə də basqınlar həyata keçirib.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının Livanın hava məkanını pozaraq, mərkəzi və cənub bölgələri üzərində aşağı hündürlükdə kəşfiyyat uçuşları həyata keçirdiyi bildirilirdi.

İyunun 29-da Xarici İşlər naziri İsrael Katz bildirib ki, İsrail Livanın təhdidlərinə baxmayaraq, Livanın cənubundakı şiə təşkilatı “Hizbullah” qüvvələrinə tam gücü ilə zərbələr endirməyə davam edəcək.

Poliqon.info