Şimali Koreia Yapon dənizinə doğru ballistik raketlər buraxıb

Cənubi Koreya hərbi komandanlığı Şimali Koreyadan şərq istiqamətində naməlum ballistik raketin buraxılmasını qeydə alıb...

Poliqon “Yonhap” Agentliyinə istinadən xəbər verir ki, daha sonra bir raketin də buraxılışı qeydə alınıb.

Təfərrüatlar hələlik məlum deyil. “Yonhap”ın məlumatına görə Cənubi Koreya ordusu buraxılışla bağlı daha çox məlumat toplamağa çalışır.

Qeyd edilir ki, Şimali Koreya bir həftə ərzində ikinci ballistik raketini atəşləyib. Çərşənbə günü, iyunun 26-da səhər Pxenyan Yapon dənizinə doğru raket atıb. Bundan sonra Şimali Koreya dəyişdirilə bilən döyüş başlıqları olan raketləri uğurla sınaqdan keçirdiyini iddia edib.

Seul iddia edir ki, Pxenyan hipersəs raketinin sınaq buraxılışını həyata keçirib və bu sınaq uğursuzluqla nəticələnib.

Poliqon.info