Baydenin ailəsi onu prezidentlik yarışından əl çəkməməyə çağırıb

Co Baydenin ailəsi Donald Trampla uğursuz debatdan sonra ABŞ prezidentinin Kemp-Devid iqamətgahında görüşüb...

Poliqon xəbər verir ki, CNN telekanalının mənbələrinin məlumatına görə, yaxınları demokratın prezident seçkilərində iştirakını davam etdirməsinə “birmənalı dəstək” bildiriblər.

CNN də daxil olmaqla bir sıra media orqanlarının xəbərə görə, ailənin rəyi Bayden üçün onun ən yaxın müşavirlərinin mövqeyindən daha çox vacibdir. Ailə məclisində birinci xanım Cil Bayden, oğlu Hanter Bayden və nəvələri iştirak ediblər. Ailə prezidenti debata hazırlayan komandadan məyus olduğunu bildirib və müşavirlərin mümkün işdən çıxarılmasını müzakirə edib. CNN qeyd edir ki, buna baxmayaraq, Bayden məsləhətçilərinə sadiqliyi ilə tanınır və köməkçilərini işdən çıxarmağı sevmir.

CNN xatırladır ki, ailə şurası seçkilərdə iştirakdan imtina etmək üçün “çağırışlar uçqunu” fonunda baş tutub. Vəziyyət pisləşərsə və ya prezident yarışdan getməyin payızda “Demokratik çöküşün” qarşısını alacağına əmin olarsa, ailənin fikri dəyişə bilər.

Seçkiqabağı debatların nəticələri yarışda Baydenin əvəzlənməsinin mümkünlüyü ilə bağlı müzakirələri gücləndirib. Bəzi media orqanları və demokrat strateqlər prezidenti seçkilərdən geri çəkilməyə çağırmağa başlayılar. Lakin Bayden belə bir perspektivdən imtina edib.

Poliqon.info