Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Makronun ittifaqı Le Penin partiyası ilə mübarizə aparmaq üçün təxminən 60 namizədi seçkilərdən geri çəkəcək...

Poliqon xəbər verir ki, bu barədə France Press Agentliyi məlumat yayıb. Xəbərə görə Emmanuel Makronun “Birgə Respublika Uğrunda” koalisiyasından 300-dən çox namizəd Fransada parlament seçkilərinin ikinci turuna vəsiqə qazanıb. Baş nazir Qabriel Attal bu namizədlərdən təxminən 60 nəfərin uzaqlaşdırılacağını bildirib. Bu yolla alyans Marin Le Penin ifrat sağçı “Milli Bilik” partiyasının mütləq çoxluq qazanmasının qarşısını almaq istəyir.

Attal “Milli Birlik” partiasının “hakimiyyətin qapısında” olduğunu bildirib. AFP xəbər verir ki, Attal sağçı partiyanı ikinci turda “tək səs” almamağa çağırıb. Solçu alyansın əsas fiquru Rafael Qlucksman bildirib ki, siyasətçilərin Fransanı fəlakətdən xilas etmək üçün yeddi günü var.

Qeyd edilir ki, “Respublika Naminə Birgə” assosiasiyasına prezidentyönlü “İntibah” partiyası, həmçinin Demokratik Hərəkat, “Horizontlar”, Demokratlar və Müstəqillər İttifaqı və Radikal partiya daxildir.

Marin Le Penin və Jordan Bardellin rəhbərlik etdiyi “Milli Birlik” partiyası ilkin məlumatlara görə, Milli Assambleyaya seçkilərin birinci turunda səslərin 33,5 faizini toplayıb. İkinci turda sağ partiya mütləq səs çoxluğu əldə edə bilər. "Yeni Xalq Cəbhəsi" sol bloku 28%, “Birgə” hökumət bloku isə 22% səs toplayıb.

Poliqon.info