Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda təşkil olunan Avropa çempionatının üçüncü günündə növbəti görüşlərini keçiriblər...

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report"un Sofiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Sübhan Axundov (+90 kq) bu raundadək irəliləyə bilib.

1/4 finalda uduzan Əli Qazımənmədov (81 kq) təsəlliverici görüşə qatılacaq.

Mələk Bayramlı (70 kq), Mehdi Abbasov (81 kq) və Hüseyn Eyvazlı (90 kq) məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.

***

"Report"un Sofiyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Əli Qazımənmədov (81 kq) ardıcıl iki qarşılaşmada qələbə qazanıb.

Sübhan Axundov (+90 kq) isə ilk dueldən qalib ayrılıb.

Mələk Bayramlı (70 kq), Mehdi Abbasov (81 kq) və Hüseyn Eyvazlı (90 kq) məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.

***

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatının üçüncü günündə mübarizəyə başlayıblar.

"Report"un Sofiyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Mehdi Abbasov, Əli Qazımənmədov (hər ikisi 81) və Hüseyn Eyvazlı (90 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.

Bu gün, həmçinin Mələk Bayramlı (70 kq) və Sübhan Axundov (+90 kq) da tatamiyə çıxacaqlar.

Poliqon.info