Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var

Bakıda 17 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

"Report" xəbər verir ki, Xətai rayonunda iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Rza Elşən oğlu Əliyev xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info